MƏDƏNİYYƏT


Dünyaşöhrətli həmyerlimiz xüsusi proqramla Bakıda səfərdədir

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Bakıda “Dmitri Sitkovetski ilə görüşlər” adlı silsilə tədbirlər keçiriləcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, doğulduğu ölkəyə xüsusi həssaslıqla yanaşan musiqiçi bir həftə ərzində yaradıcılığının fərqli sahələri ilə bakılı musiqisevərlərin mədəni həyatını rəngləndirəcək. Dmitri Sitkovetski mayın 15-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ilk ustad dərsi keçirilib və tələbələr tərəfindən xüsusi maraqla qarşılanıb. Ustad dərsləri mayın 16-17-də davam etdiriləcək.

Bu gün isə sənətçi YARAT Müasir İncəsənət Mərkəzində “XX əsrin dahi pianoçusu Bella Davidoviç” adlı videomühazirə ilə çıxış edəcək.

Bundan əlavə, Dmitri Sitkovetski növbəti günlərdə Azərbaycan Bəstəkarlar İttifaqında görüş keçirəcək, Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bakı Kamera Orkestri ilə birgə çıxış edəcək, Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Violin incəsənətinin qızıl əsri” adlı növbəti elmi mühazirəsini təqdim edəcəkdir.

Qeyd edək ki, D.Sitkovetskinin iştirakı ilə ustad dərsləri və mühazirələr Mədəniyyət Nazirliyinin musiqi sahəsində təşkil etdiyi təlim proqramının bir hissəsidir. İl ərzində həmçinin digər tanınmış musiqiçi və pedaqoqların ustad dərslərinin təşkili nəzərdə tutulur.

Dmitri Sitkovetskinin Bakı görüşləri mayın 20-dək davam edəcək.

Hazırda Londonda yaşayan dünya şöhrətli violin ifaçısı, dirijor Dmitri Sitkovetski Bakıda musiqiçi ailəsində anadan olub. D.Sitkovetski Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi istedadlar üçün açılmış məktəbdə ilk musiqi təhsili alıb, dahi pianoçu, qocaman sənətkar Bella Davidoviçin oğludur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.