Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Dünyaya sığmayan şairə sığınan dünya

Dünyaya sığmayan şairə sığınan dünya

Azərbaycan qlobal və qitə miqyaslı tədbirlərin mərkəzi kimi...

Bakı, 8 dekabr, AZƏRTAC

Son illər ölkəmizin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsini qloballaşan dünyada qazandığımız nüfuz və etibarın nəticəsi kimi xarakterizə etmək olar. Dünyada münbit şəraitli ölkə olaraq tanınan Azərbaycan, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq əlaqələri üçün, həm də körpü rolunu oynayır. Beynəlxalq əməkdaşlıq məsələlərinin böyük önəm verildiyi ölkəmizdə dünya dövlətlərinin bir araya gəlməsi, bəşəriyyət üçün önəmli mövzuların burada müzakirə edilməsi, əlbəttə ki, bizi sevindirir. Sistemli şəkildə dünya birliyinə inteqrasiya, çoxspektrli siyasi münasibətlərin genişlənməsi, ölkələrarası dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik mövzularına verilən töhfələr, dinlərarası və mədəniyyətlərarası münasibətlərin düzgün tənzim olunması, multikultural və tolerant yanaşmanın platforması kimi tanınmaq, ölkəmizi qlobal və qitəmiqyaslı beynəlxalq tədbirlərin mərkəzinə çevirən səbəblərdəndir. Bütün bunlar Prezident İlham Əliyevin ölkəni daim irəliyə aparmağa yönəlmiş praqmatik siyasətinin nəticəsidir. Bu gün Azərbaycanın daha da güclü və bütünlüklə dünya ictimaiyyəti tərəfindən qəbul edilən uğurlu dövlət olması üçün irimiqyaslı işlər görülür, qlobal layihələr həyata keçirilir. Dövlət başçısının bilavasitə rəhbərliyi ilə görülən bu işlər ölkəmizin təqdimatına və təbliğinə yönəlib. Bunun nəticəsidir ki, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər dünyanın bütün ölkələrindən olan tanınmış dövlət və hökumət rəsmilərini, beynəlxalq təşkilatların rəhbərlərini, sabiq nazirlər və parlamentariləri, diplomatları, elm adamlarını, QHT və media nümayəndələrini, eləcə də jurnalistlər və ekspertləri Bakıda bir araya gətirir.

Dostluq, sülh və mənəvi təmizliyin təbliği naminə açılan yeni üfüqlər

Bu ilin sentyabr ayının 27-də ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan, ölkədə ilk dəfə olaraq keçirilən, Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin yaradıcılığına ithaf edilən, şeir və incəsənətin təbliği məqsədi daşıyan Festival digər tədbirlər kimi beynəlxalq əhəmiyyət daşıyırdı. Azərbaycan növbəti dəfə də ənənəsinə sadiq idi, Bakıda birlik və bərabərlik, dostluq, sülh və mənəvi təmizliyin təbliği naminə dünya dövlətləri üçün yeni üfüqlər açılmışdı. Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan tədbir hər kəsi vücudun sirri qarşısında fikrə dalmağa, qəlbin ən dərin qatlarını seyr etməyə çağırırdı. Şairin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə keçirilən tədbirin proqramı da olduqca zəngin və əhatəli idi. Festival çərçivəsində müxtəlif tədbirlər-mühazirə, simpozium və seminarlar, sərgi açılışları, tamaşalar, ədəbi-bədii gecələr, yoqa sessiyaları, zəngin tarixə malik xalçaçılıq məktəbimizin təqdimatı, həmçinin muğam və mənəviyyata səsləyən konsert proqramları təqdim olundu. Festivalın ilk günü iştirakçılar şairin doğulduğu Şamaxı şəhərində onun qardaşı Şaxəndanın və görkəmli şair Seyid Əzim Şirvaninin dəfn olunduğu Şaxəndan qəbiristanlığı ilə yanaşı, Qafqazda ən qədim məscidlərdən olan, 743-cü ildə inşa edilmiş Cümə Məscidini, Avaxıl kəndindəki Pir Ömər məbədini ziyarət etdikdən sonra ölkəmizin tarixi haqqında həmin vaxt az da olsa məlumat ala bildilər.

Fərqli mədəniyyət və üslubları təmsil edən incəsənət xadimləri bir arada

Açılışı Heydər Əliyev Mərkəzində gerçəkləşən festivalda Azərbaycan Milli Konservatoriyasının “Əsrlərin sədası” qədim musiqi alətləri ansamblının xüsusi layihə ilə çıxış etməsi olduqca maraqlı və təqdirəlayiq idi. XIV-XV əsrlər görkəmli Azərbaycan musiqiçisi Əbdülqadir Marağayinin bəstələri əsasında müasir bəstəkarların kompozisiyalarının təqdim olunduğu konsert mədəniyyətimizlə yanaşı, tariximizi də festival iştirakçılarının diqqətinə çatdırırdı. Üç gün davam edən festival zamanı iştirakçı dövlətlərin təmsilçiləri birgəyaşayışın üç əsas elementi hesab edilən sülh və təhlükəsizliyin təminatı, insan haqlarının müdafiəsi və inkişafa nail olma kimi prinsipləri Azərbaycanda rahatlıqla müşahidə edə bildilər. Bir çox maraqlı hadisələr ilə yadda qalan festival çərçivəsində Heydər Əliyev Mərkəzində açılan “Live Life”, Birləşmiş Ərəb Əmirliklərinin Barcil İncəsənət Fondunun “Hürufilik: incəsənət və identiklik” və “ambient musiqi” janrının yaradıcısı, görkəmli britaniyalı bəstəkar Brayan İnonun “77 milyon rəsm əsəri” sərgilərinin fövqündə dünyanın gözəlliyi görünür, insan hislərinin ülviliyi rahatca duyula bilirdi. Leyla Əliyevanın müəllifi olduğu “Live Life” (Canlı həyat) sərgisi planetin gözəlliyini göstərməklə bütün insanları birliyə çağırırdı. London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıda açılan, ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyan sərginin belə mötəbər tədbirlər ərəfəsində təqdim olunması həm Azərbaycan mədəniyyətinin təqdimatı, həm də müəllifin dünyanı necə görmək istəməsinin göstəricisi idi. Festival günlərində tariximizin atributlarından sayılan İçərişəhərin valehedici cazibəsi ilə incəsənətin qovuşması qonaqlarda xoş təəssürat yaratdı. Qədim Bakıya səyahət edən iştirakçılar İçərişəhərdə sərgilər, instalyasiyalar, videoproyeksiyaları görməklə, olduqca möhtəşəm poeziya nümunələri eşitdi, musiqi nömrələri dinlədi və teatr tamaşalarına baxa bildilər. Nəsiminin misralarına yazılmış nəzirələr İçərişəhərin dar küçə və dalanlarında qeyri-adi tərzdə – divar üzərində xəttatlıq şəklində, yaxud səs yazısında müxtəlif mənzərə üzərində “canlandırılaraq” qonaqların qarşısına çıxırdı. Bundan başqa, festival boyu fərqli mədəniyyət və üslubları təmsil edən incəsənət xadimlərinin bir araya gələrək tamaşa və konsert proqramlarında vahid komanda halında çıxış etmək mesajı dünyaya incəsənətin dili ilə çatdırılırdı. Eyni zamanda, Bakının Qala qəsəbəsində istifadəsiz qalan sənaye anbarında “Açılan divar” ictimai incəsənət layihəsinin təqdimatı, “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Tullantıdan incəsənətə” sərgisi və “Daşın nəğməsi” layihəsi çərçivəsində yaradılmış əsərlərlə tanışlıq, Paraqvayın məşhur, uşaq və yeniyetmələrdən ibarət “Recycling” orkestri - tullantılardan təkrar emal olunmuş musiqi alətlərindən ibarət orkestrin təqdim etdiyi konsert festivalın rəngarəng proqramlarından idi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın iştirak etdiyi hər üç proqram qonaqlarda da xoş təəssürat yarada bildi. Festivalın sonunda Bakı Media Mərkəzində Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində İmadəddin Nəsiminin xatirəsinə həsr olunan şeir müsabiqəsinin qalibləri mükafatlandırıldı. Bundan başqa, Nəsimi - şeir, sənət və mənəviyyat Festivalının bu ilin noyabr ayının 19-20-də Rusiyanın paytaxtı Moskvada keçirilməsi olduqca təqdirəlayiq idi. Yenə də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşan festival ölkələri, xalqları, insanları birlik və bərabərliyə, dostluğa çağırırdı.

Multikulturalizm – dəyişməyən həyat tərzimiz

Bu gün Azərbaycan dünyanın həm siyasi, həm də mədəni elitası üçün həqiqi və real ölkə kimi tanınan, qəbul edilən ideal məkandır. Dünya xalqları arasında münasibətlərin gücləndirilməsinə yönəlmiş belə tədbirlərdə müzakirə edilən məsələlər, səslənən fikirlər dünya üçün xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, böyük mütəfəkkir Nəsiminin yaradıcılığında “mən” həyat və bəşəriyyətin taleyidir. O, elə bir poetik dünyadır ki, bütün kainatın sirləri onda gizlənib. O, əbədi və əzəlidir. Dünyada müxtəlif şəkillərdə təzahür edir. Nəsimi əsərlərində insanın ən gözəl xüsusiyyəti özünü dərk etməsidir. O, bir sıra şeirlərində insanı özünü dərk etməyə çağırır. Əlbəttə, ölkəmiz müstəqil xarici siyasətə malik, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə kimi özünü təsdiq edib. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan əsrlərboyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Dünyada beynəlxalq münasibətlər mədəniyyətinə intellektual və mənəvi prinsiplər əsasında yanaşan Azərbaycan multikultarlizmi, həm də dövlətimizin dünyaya baxış tərzidir. Xalqımızın mədəniyyətində başqa xalqlara münasibətin anlaşıqlı və mehriban olması əsrlərdən gələn prinsipdir. Azərbaycanın multikultural dəyərləri millətlərarası mədəniyyətlərin birgə anlaşma, dostluq və qardaşlıq səviyyəsində unikallığına əsaslanan, sülhün, əmin-amanlığın qarantıdır. Bu mənada, Bakının ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərdə yüksək kulturoloji və mənəvi strategiyalar daşıyıcısı olan dəyərlərimiz, ölkədə müxtəlif millətlər və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, habelə dövlətlərin milli mədəniyyətinə hörmətlə yanaşmaq siyasətimiz, günü-gündən artan iqtisadi inkişafımız dünyanı bizə daha da yaxınlaşdırır. Dövlətin dünyəviliyini təmin edən multikulturalizm, millətin və cəmiyyətin dünyada sürətlə tanıdılmasını təmin edir, ümummədəniyyət müstəvisi yaradır. Bu gün ölkəmizin multikultural dəyərləri xalqların adət-ənənələrini, vərdişlərini ümumiləşdirərək mədəni plüralizmi qəbul edir və onun inkişafına zəmin yaradır. Bütün bunları nəzərə alaraq, Azərbaycanın zəngin mədəni-mənəvi irsə və multikultural ənənələrinə malik olması, nəticədə sülh tərəfdaşı kimi çıxış etməsi beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Bu həqiqətlər bizim üçün alternativi olmayan həyat tərzidir. Həyat tərzimiz isə heç vaxt dəyişməyəcək.

Ceyhun Alışlı

AZƏRTAC-ın müxbiri

Yazı, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim etmək üçündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub

Ağalı sakinləri İlaxır çərşənbəni qeyd ediblər FOTO

Akademik: Ekoloji terrora məruz qalmış Azərbaycan torpaqlarının və meşə resurslarının bərpası dövrümüzün ən böyük çağırışıdır

® “Coca-Cola” gəncləri Novruz bayramı münasibətilə təbrik etdi

® Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul olub

Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir

Çiçəkçilik sevdası: Hobbi necə biznesə çevrildi? – MÜSAHİBƏ

Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir FOTO

Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

® “Xonça” məhsullarının qida təhlükəsizliyi tələblərinə uyğunluğu təsdiqlənib

Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Şəki teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub

Türkiyənin zəlzələ bölgəsində inşası tamamlanan mənzillər sahiblərinə təqdim ediləcək

Pedaqoji Universitetdə Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib

Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır

"Qədim Şabran" abidəsində Novruz şənliyi

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir - ŞƏRH

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

“İnter”in futbolçusu irqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır