MƏDƏNİYYƏT


Düran Veyl: Belə sərgilər Azərbaycan rəssamlıq məktəbini yaxından tanımağa imkan yaradır VİDEO

Kann, 15 iyul, AZƏRTAC 

Azərbaycan mədəniyyəti ilə çox maraqlanıram. Kann şəhərində keçirilən mədəniyyət günləri mədəniyyətinizlə maraqlanan mənim kimi insanlara, eləcə də sənətsevərlərə yaxşı imkan yaradır.

Bu fikri AZƏRTAC-a müsahibəsində Sen Trope Messardyer Qəsrinin nümayəndəsi xanım Düran- Veyl deyib.

“Sent Tropedən gəlmişəm. Azərbaycan rəssamlarının sərgilərinə böyük məmnuniyyətlə qatılıram. Belə sərgilər Azərbaycan rəssamlıq məktəbini yaxından tanımağa imkan yaradır. Sərgidə yeni rəssamların əsərləri ilə tanış oldum. Xüsusilə bu əsərlərdəki rənglər diqqətimi cəlb etdi. Bu rəngləri çox sevdim. Əsərlərdə yaşıl rəngə daha çox üstünlük verilib”, - deyə Dürand Veyl bildirib.

Qeyd edib ki, sərgidə nümayiş olunan mənzərə, xüsusilə də iqtisadiyyatımızda böyük rol oynayan neft buruqlarını əks etdirən əsərlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Kann

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.