QAN YADDAŞI


Dürdanə Ağayeva: Xocalıda ana ilə övladının qanı bir-birinə qarışmışdı

Bakı, 26 fevral, AZƏRTAC

Əsirlikdə olan azərbaycanlılara misli görünməmiş zülmlər edilirdi. Əsirlərin başları onların ailə üzvləri və digər əsirlərin gözləri qarşısında kəsilirdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xocalı soyqırımı zamanı səkkiz gün erməni əsirliyində qalmış Dürdanə Ağayeva fevralın 25-də Bakı Musiqi Akademiyasında faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirindəki çıxışında söyləyib.

Faciə ilə bağlı acı xatirələrini bölüşən D.Ağayeva deyib: “Biz meşədə olarkən bir ana ilə onun körpə uşağı gözlərimin qarşısında qətlə yetirildi. Ana övladını qorumaq üçün onu bərk qucaqlamışdı. Açılan atəş nəticəsində ana öldürüldü. Onun övladı isə qorxu və fəryad içində ağlayarkən erməni hərbçiləri uşağı da qəddarcasına qətlə yetirdilər. Beləcə ana ilə övladının qanı bir-birinə qarışdı”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.