CƏMİYYƏT


Durğun və nisbətən rütubətli hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq

Bakı, 21 avqust, AZƏRTAC

Azərbaycanda avqustun 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-25°, gündüz 34-36° isti, Bakıda gecə 22-24°, gündüz 31-36° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı - 757 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı ehtimalı var.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 24-dək Abşeron yarımadasında gözlənilən sabit hava şəraiti müsbət amil olsa da, bəzi saatlarda durğun və nisbətən rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24°, gündüz 34-39° isti, dağlarda gecə 13-18°, gündüz 24-29° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-23°, gündüz 34-39° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 13-18°, gündüz 24-29° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24°, gündüz 31-36° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 17-22°, gündüz 30-35° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24°, gündüz 34-39° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-25°, gündüz 31-36° isti, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.