İDMAN


Duşan Tadiç “Ayaks”la müqaviləsinin müddətini uzadıb

Belqrad, 10 iyul, AZƏRTAC

Hollandiyanın “Ayaks” klubu Serbiya millisinin hücumçusu Duşan Tadiçin müqaviləsini daha 1 il − 2023-cü il iyunun 30-dək uzatdığını açıqlayıb.

AZƏRTAC Serbiya mətbuatına istinadla xəbər verir ki, futbolçunun hazırkı müqaviləsi 2022-ci il iyulun 30-dək nəzərdə tutulmuşdu.

Bildirilir ki, ötən il İngiltərənin “Sauthempton” klubundan “Ayaks”a keçən Tadiç komandanın aparıcı oyunçusuna çevrilib. Futbolçu ötən mövsüm “Ayaks”la Hollandiya çempionu olmaqla yanaşı, həm də ölkə kubokunu qazanıb və Çempionlar Liqasının yarımfinalınadək irəliləyib.

“Ayaks” ötən mövsüm 56 oyunda 36 qol vurmağı bacaran 30 yaşlı futbolçunun karyerasını bitirdikdən sonra da klubda qalacağını və onun minimum 2026-cı ilə kimi klubun gənclərdən ibarət akademiyasında məşqçi qismində çalışacağını bəyan edib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.