SİYASƏT


Düşənbədə MDB əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məsləhət Şurasının 31-ci yığıncağı keçirilib

Düşənbə, 22 sentyabr, AZƏRTAC

Düşənbədə Müstəqil Dövlətlər Birliyi əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məsləhət Şurasının 31-ci yığıncağı keçirilib.

Birlik dövlətlərinin əmək, əhalinin məşğulluğu və sosial müdafiəsi orqanları rəhbərlərinin və nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanı ölkəmizin Tacikistandakı səfiri Həsən Məmmədzadə təmsil edib.

Tədbirdə sosial sahədə Birlik dövlətlərinin əməkdaşlığının nəticələri, qarşıda duran vəzifələr, bu ölkələrdə sosial-əmək sahəsindəki vəziyyət və görüləcək tədbirlər planı müzakirə olunub.

Həmçinin 2016-2020-ci illərdə MDB-nin İqtisadi inkişaf strategiyasının üçüncü mərhələsinin həyata keçirilməsi ilə bağlı tədbirlər Planının yerinə yetirilməsi məsələləri də diqqət mərkəzində olub. Bu tədbirlər arasında informasiya-metodik, normativ-hüquqi materialların mübadiləsi, Birlik ölkələrinin professional standartlarının vahid prinsiplərinin işlənib hazırlanması və digər məsələlər də var.

Ümumiyyətlə, yığıncaqda 16 məsələ müzakirə olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.