CƏMİYYƏT


Düşənbədə MDB-nin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının iclası keçiriləcək

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 9-da Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX iclası keçiriləcək.

AZƏRTAC MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşün gündəliyinin layihəsində 18 bənd qeyd olunub. Belə ki, iclas iştirakçıları Türkmənistanın 2019-cu ildə Şuraya sədrliyini dəyərləndirəcək, özlərinin bundan əvvəlki qərarlarının icrasına və 2019-cu ildə Şuranın əsas tədbirlər Planına yekun vuracaq, 2020-ci il üçün planlar nəzərdə tutacaqlar.

Şura üzvləri psixiatriya, onkologiya, endokrinologiya, reproduktiv sağlamlıq, stomatologiya sahəsində əməkdaşlığa dair mövzuları nəzərdən keçirəcəklər.

İclasda, həmçinin MDB ölkələri əhalisinin əmək, məşğulluq və sosial müdafiəsi üzrə Məşvərət Şurasının iş yerlərində əmək şəraitinin dəyərləndirilməsi üzrə Tövsiyələr layihəsinin hazırlanması zamanı DST-nin Avropa regionu ölkələri ilə qarşılıqlı fəaliyyət məsələləri müzakirə ediləcək.

Bundan başqa, Birlik ölkələrinin tibb qurumlarının təmsilçiləri DST-nin Avropa regionunda qaçqınların və miqrantların səhhətinə münasibətdə Strategiyanın və Fəaliyyət Planının, BMT-nin 2020-ci il üçün QİÇS üzrə hədəflərinin icrası məsələlərinə baxacaq, bir sıra digər məsələləri müzakirə edəcəklər.

Səhiyyə sahəsində əməkdaşlıq üzrə Şura Birlik çərçivəsində sahəvi əməkdaşlığın qocaman qurumlarından biridir. Şura 1992-ci ilin iyununda yaradılıb.

Sənəd layihələrin hazırlanması üçün Şura nəzdində daimi əsasda 5 işçi orqan işləyir: dərman vasitələrinin, tibbi təyinatlı məmulatların və tibbi texnikanın standartlaşdırılması, qeydiyyatı və keyfiyyət nəzarəti üzrə Dövlətlərarası Komissiya; sanitar-epidemioloji normalaşdırma üzrə Dövlətlərarası Komissiya; İİV/QİÇS, vərəm və malyariya problemləri üzrə Əlaqələndirmə Şurası; MDB üzvü olan ölkələrin ərazisinin xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılmasından sanitar mühafizəsi problemləri üzrə Əlaqələndirmə Şurası; tibbi profilaktikanın təşkili və səhiyyənin inkişafı üzrə Əlaqələndirmə Şurası.

Şura Dünya Səhiyyə Təşkilatı (DST), BMT-nin İİV/QİÇS üzrə Birləşmiş Proqramı (UNAIDS), Dünya Səhiyyə Assambleyası və BMT-nin Uşaq Fondu (UNISEF) ilə əməkdaşlıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.