İQTİSADİYYAT


Düşənbədə MDB vergi orqanları rəhbərlərinin Əlaqələndirmə Şurasının iclası keçirilib

Düşənbə, 25 avqust, AZƏRTAC

Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) vergi (maliyyə) orqanları rəhbərlərinin Əlaqələndirmə Şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Tacikistandan başqa Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Özbəkistan və Ermənistanın nümayəndələri iştirak edib.

Tədbirdə MDB ölkələrində iqtisadi təhlükəsizliyin təmin olunması, gələcəkdə iqtisadi inteqrasiya sahəsində əlaqələrin möhkəmləndirilməsi və təkmilləşdirilməsi, maliyyə-kredit sahələrindəki cinayətkarlıqla mübarizə və digər məsələlər müzakirə olunub.

Nümayəndələr MDB ölkələrində bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi istiqamətində də fikir mübadiləsi aparıblar.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.