SİYASƏT


Düşənbədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi qeyd edilmişdir

Düşənbədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi qeyd edilmişdir

Düşənbə, 9 may (AZƏRTAC). Azərbaycanın Tacikistandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə müstəqil Tacikistanın ilk Prezidenti Kaxar Mahkamov, keçmiş xarici işlər naziri Talbak Nazarov, deputatlar, elm, mədəniyyət xadimləri, diasporumuzun nümayəndələri, jurnalistlər iştirak etmişlər.

Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən filmin nümayişindən sonra Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov çıxış edərək Ulu Öndərin həyat və fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat vermişdir. Səfir demişdir ki, Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir, onu hər bir azərbaycanlı dərindən öyrənməlidir.

Kaxar Mahkamov Heydər Əliyev Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən Kremldə onunla ilk görüşündən xatirələri bölüşmüşdür. O demişdir: “Biz Tacikistanın xalq təsərrüfatına aid bir sıra məsələləri müzakirə etdik. Belə fikirləşirdim ki, görüş yarım saat çəkəcək, amma 3 saat söhbət etdik. O, məni diqqətlə dinlədi, Tacikistanın xalq təsərrüfatı və Orta Asiya ilə bağlı bütün sahələrlə maraqlandı. Qaldırdığım məsələlərin müsbət həllinə dair göstəriş verdi. Biz bu problemlərlə bağlı əvvəllər də Moskvaya müraciət etmişdik, lakin həllini tapmırdı. Mən o zaman Heydər Əliyevin əsl rəhbər olduğunu gördüm”.

K.Mahkamov II Bakı Beynəlxalq Humanitar Forumunda iştirakı haqqında danışmış, Prezident İlham Əliyevin həqiqətən yeni bir Azərbaycan yaratdığını vurğulamışdır.

Talbak Nazarov çıxışında bildirmişdir ki, xarici işlər naziri işlədiyi dövrdə Heydər Əliyevlə dəfələrlə müxtəlif tədbirlərdə görüşmüş, onun çıxışlarını dinləmişdir. O demişdir ki, Heydər Əliyev cəsarətli lider idi.

Tacikistan Elmlər Akademiyası Rudəki adına Dil, Ədəbiyyat, Şərqşünaslıq və Əlyazmalar İnstitutunun əməkdaşı Mardoni Tociddin, heykəltəraş-rəssam Şəhriyar Muxtori və başqaları Heydər Əliyevi dünya şöhrətli siyasi xadim adlandırmışlar.

Sonra A.Həsənov ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə jurnalistlər arasında “Heydər Əliyev – Müasir Azərbaycanın memarı və qurucusu” mövzusunda keçirilmiş növbəti müsabiqənin nəticələrini elan etmiş, qaliblər mükafatlandırılmışlar.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.