DÜNYA


Düşənbədə yanacaqdoldurma məntəqəsində güclü partlayış olub VİDEO

Düşənbə, 2 may, AZƏRTAC

Ötən gecə Düşənbənin Zarafşon mikrorayonundakı yanacaqdoldurma məntəqəsində güclü partlayış olub.

AZƏRTAC Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, partlayış nəticəsində ölənlər və yaralananlar var. Onların sayı haqqında hələ ki, məlumat verilmir. Xəstəxanaya yanğın diaqnozu ilə 29 nəfər çatdırılıb. Onların 5-i ağır vəziyyətdədir.

Partlayışda baş verən alovun hündürlüyü 50 metrə çatıb, yaxınlıqdakı evlərə ziyan dəyib. Hadisə yerinə gələn 10 yanğınsöndürən maşın bir neçə saat ərzində yanğını söndürə bilib.

Partlayışın səbəbləri araşdırılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.