SİYASƏT


Düşmən Tərtər şəhərinin dinc əhalisini hədəf alır - FOTO

Tərtər, 29 sentyabr, AZƏRTAC

Ön xətdə Azərbaycan Ordusunun əks-hücumu qarşısında tab gətirməyən düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanların evlərini artilleriya atəşinə tutmaqda davam edir. Cəbhə bölgəsində yerləşən digər rayonlarda olduğu kimi, Tərtərdə də yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki şəxslərdən ölən və yaralananlar var, evlərə və infrastruktura ciddi ziyan dəyib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Ordusu düşmənin təxribatına layiqli cavab verir.

Ermənistan dinc sakinləri atəşə tutmaqla, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və növbəti dəfə beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir.

AZƏRTAC-ın fotoqrafı Tofik Babayevin düşmənin hədəf aldığı Tərtər şəhərindən çəkdiyi fotoları təqdim edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.