SİYASƏT


Düşmən Tərtərdə salınan məcburi köçkünlərin yaşayış kompleksini yenidən artilleriya atəşinə tutub - dünya erməni barbarlığını görsün FOTO

Tərtər, 3 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Bunun nəticəsində mülki obyektlərə, dinc əhalinin əmlakına külli miqdarda ziyan vurulur.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yaşayış kompleksi yenidən düşmənin artilleriya atəşinə məruz qalıb. Binalara, klub icma mərkəzinə, həkim məntəqəsinə, musiqi məktəbinə ciddi ziyan dəyib.

Ermənistan yaşayış məntəqələrini atəşə tutmaqla müharibə cinayəti törədir, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir.

AZƏRTAC-ın fotoqrafı Roman İsmayılovun məcburi köçkünlər üçün salınan yaşayış kompleksindən çəkdiyi fotoları təqdim edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.