İQTİSADİYYAT


Düşmən tərəfindən hazırlanan saxta şəhid siyahıları əhali arasında qorxu və təşviş yaratmaq məqsədi daşıyır

Bakı, 10 noyabr, AZƏRTAC

Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan tərəfi kibermühitdə uğursuz təxribatçılıq əməllərini davam etdirir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, düşmən bu dəfə də şəffaflıq məqsədilə müxtəlif illərdə keçirilmiş seçkilərdə, elektron formada açıq şəkildə yerləşdirilmiş seçici siyahılarımızdan istifadə etməklə saxta şəhid siyahıları hazırlayır. Belə ki, düşmən tərəfindən yaradılan saxta saytda açıq seçici siyahılarında olan seçicilər cəbhədə döyüşən əsgərlərimiz kimi qələmə verilir və saxta nömrələrdən vətəndaşlarımıza SMS göndərilərək şəhidlər haqqında məlumat əldə etmək üçün bu sayta daxil olmaları istənilir.

Nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir. Məqsəd əhali arasında qorxu və təşviş yaratmaqdır.

Vətəndaşlardan yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etmələri, tanımadığı xarici nömrələrdən gələn zəng və mesajlara cavab verməmələri, həmin mesajlarda göstərilən keçidlərə daxil olmamaları, həmin nömrələri bloklamaları və mesajları spam olaraq şikayət etmələri xahiş olunur.

Həmçinin vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdikdə “www.cert.az” saytı və ya “[email protected]” elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.