SİYASƏT
Düşmənin Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəf alaraq atdığı "Smerç" raketinin bombacıqlarından 242-si ərazidən daşınıb
Yevlax, 7 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Yevlax rayon ərazisindən keçən hissəsinə endirdiyi raket zərbəsi “Smerç” reaktiv yaylım atəşi sistemindən həyata keçirilib.
ANAMA-nın əməkdaşı Qədir Namazalıyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, “Smerç” tipli raketin tərkibində olan 300 bombacıq ətrafa səpələnib. Həmin bombacıqlardan 2-si düşərkən partlayıb. Bombacıqlardan 242-si ANAMA tərəfindən daşınıb. Ərazidə qalan 56 ədəd bombacığın daşınması təhlükəli olduğundan yerindəcə zərərsizləşdiriləcək.
AZƏRTAC-ın fotoqrafı Roman İsmayılovun raketin düşdüyü yerdən çəkdiyi fotoları təqdim edirik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]