ELM VƏ TƏHSİL
Düşmənin hədəf aldığı uşaqlar – Gəncədə yaralananlardan 10 nəfəri məktəblidir
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 11-də gecə saat 2 radələrində Gəncənin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarının Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub. Həmçinin 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb, 10-dan artıq çoxmənzilli binaya, 100-dən çox müxtəlif təyinatlı obyektlərə, o cümlədən məktəb binalarına ziyan dəyib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yaralananlardan 10 nəfəri məktəblidir. Ömər Mehdiyev Gəncə şəhəri 32 nömrəli tam orta məktəbin 2-ci, Səlim Mustafazadə həmin məktəbin 11-ci, Murad Cavadov 3-cü, Dinarə Muradova 2-ci, Rauf Muradov 4-cü, Hüseyn Əliyev 3-cü, Sevinc Rəhimova 6-cı sinif şagirdləridir. Aysu Əliyeva isə Gəncə şəhəri 20 nömrəli tam orta məktəbin 10-cu, Şəfa və Şəmiddin Şirinovlar 25 nömrəli tam orta məktəbin 6-cı və 7-ci sinfində təhsil alırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]