CƏBHƏ XƏBƏRLƏRİ


Düşmənin təxribatı nəticəsində Ağdamın Qaradağlı kənd sakini ağır yaralanıb

Ağdam, 27 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin bu gün səhər saatlarında törətdiyi təxribat nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutur.

Düşmənin atəşə tutduğu yaşayış məntəqələrimizdən biri də Ağdamın Qaradağlı kəndidir. Təxribat nəticəsində kənd sakini 59 yaşlı Bəykişi Zeynalov başından qəlpə yarası alıb. Yaralı dinc sakin Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.