CƏBHƏ XƏBƏRLƏRİ


Düşmənlə təmas xəttində raket və mərmi qalıqları aşkarlanıb

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti zəng mərkəzi sistemindən 17 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 1 müraciət daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, daxil olmuş 18 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən Ağdam rayonunun Üçoğlan və Sarıcalı kəndləri, Ağcabədi rayonunun Ağgöl, Minəxorlu, Arazbar və Köyük kəndləri, Füzuli rayonunun Bala Bəhmənli, Goranboy rayonunun Meşəli və Yenikənd kəndləri, Tərtər rayonunun N.Nərimanov küçəsi və Pambıqçılıq zavodunun ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 18 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 7 ədəd raket və 8 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Qeyd edək ki, ümumilikdə agentlik tərəfindən sentyabrın 27-dən 30-dək 54 siqnal (əməliyyat çağırışı) əsasında 52 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər və Hacıqabul rayonları ərazisində ev və həyətyanı sahəyə, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 1 ədəd aviabomba (OFAB-100), 13 ədəd raket, 1 ədəd raketin arxa hissəsi (dolu) və 2 ədəd döyüş başlığı, 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, 1 ədəd kamikadze dron (partladıcısı yerində zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxeması və 12 ədəd partlamış raket hissələri aşkar olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.