İDMAN


Düsseldorfda “Böyük dəbilqə” turnirinin ikinci günündə 3 cüdoçumuz tatamiyə çıxacaq

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirinin ikinci gününün yarışları keçiriləcək.

AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, bu dəfə tatamiyə üç Azərbaycan idmançısı - Rüstəm Orucov (73 kq), Murad Fətiyev və Fəqan Quluzadə (hər ikisi 81 kq) çıxacaqlar.

Beş medalla Yaponiya millisi turnir cədvəlində ilk pillədə qərarlaşıb. Sonrakı pillələrdə isə Kosovo və Koreya Respublikası qərarlaşıblar.

Qeyd edək ki, nüfuzlu yarışda ölkəmizi 15 idmançı – 10 kişi və 5 qadın cüdoçu təmsil edir. “Böyük dəbilqə”də 93 ölkədən 600-dən çox cüdoçu medallar uğrunda mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.