REGİONLAR


Düyü löküsü cənub bölgəsinin mətbəxində ən dadlı təamlardan biridir

Lənkəran, 9 yanvar, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizin cənub bölgəsinin bənzərsiz mətbəxi həmişə öz zənginliyi ilə seçilir. Bölgədə təkcə düyüdən 21 növ plov hazırlanır. Düyüdən hazırlanan yeməklər içərisində ən qədimi düyü löküsü hesab edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yüksək kalorili təamlardan olan, qədimdə od üzərində bişirilən düyü löküsü bir az müasirləşsə də, əvvəlki dadını itirməyib.

Lökünün hazırlanma qaydası çox sadədir: yağ, süd, yumurta, duz, şəkər tozu, düyü və sarıkök qarışdırılır və tavada bişirilir.

Dörd nəfərlik lökü üçün bir gün əvvəl isladılmış və əl daşından keçirilmiş 800 qram düyüdən alınan una 1 stəkan kərə yağı, 2 stəkan süd, bir qaşıq şəkər tozu və duz, 3 ədəd yumurta əlavə edilir.

Düyü löküsü iki növ undan - qarğıdalı və düyü unundan bişirilir. Qarğıdalı unundan hazırlanan lökü daha dadlı olur.

Bu dadlı və kalorili yeməyi adətən səhər saatlarında şirin çayla yeyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.