REGİONLAR


“Duz” gölü ətrafında yaşayan sakinlərin problemi həllini tapır

Xırdalan, 17 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonunun Masazır kəndində “Azərduz” İstehsalat Birliyinin ərazisində yerləşən “Duz” gölünün ekoloji təmizliyinin təmin edilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi tapşırıq əsasında Masazır və Novxanı kəndləri ərazisində çirkab sularının axıdılması üçün 13.2 kilometr uzunluğunda xəttin çəkilişi başa çatdırılıb. Orada tikilən nasosxanaların birində işlər bitib, ikincisində isə son tamamlanma işləri aparılır. Tikinti-quraşdırma işlərinin yaxın günlərdə yekunlaşacağı və nasosxanaların istifadəyə veriləcəyi nəzərdə tutulub.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyev AZƏRTAC–a bildirib ki, Masazır və Novxanıdan süzülüb gələn çirkab suları birbaşa duz gölünə axıdılırdı. Gölə daxil olan çirkab sular əsasən sakinlərin sıx yaşadığı massivlərdən gəlirdi. Yağış yağanda isə vəziyyət daha da gərginləşirdi. Rayon rəhbərliyi məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə məruzə edib. Ölkə başçısı da dərhal müvafiq tapşırıqlar verib. Artıq çəkilən kanalizasiya xətti həmin problemin aradan qaldırılmasına tam imkan verəcək.

“Hazırda layihəyə uyğun olaraq “Duz” gölünün hər üç tərəfindən axıdılan çirkab sularının qarşısı alınır. Çirkab sular yeni inşa olunan xəttə birləşdiriləcək və Novxanıda inşa olunmuş kollektora qoşulacaq”,- deyə İ.Quluyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.