DÜNYA


Duz və ədviyyatlardan çəkilən qeyri-adi rəsm əsəri

Bakı, 29 mart, AZƏRTAC

Amerikalı rəssam və fotoqraf Kelli Makkollam müxtəlif ədviyyatlardan istifadə edərək tamamilə heyrətamiz mənzərələr çəkir. Onun əsərlərinə nəinki toxunmaq, hətta onların ətrini hiss etmək olar.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, rəssam üçün əsas ilham mənbəyi Vinsent van Qoqun rəsmləri və “Ulduzlu gecə” filmidir. Mixək, darçın, incə üyüdülmüş mətbəx duzu, qida boyası və bir az qarğıdalıdan hazırlanan rəsm əsəri özünəməxsus şöhrət qazanıb.

Orijinal rəsmləri ilə daim insanları heyrətləndirən Kelli uzun illərdir ki, qeyri-adi sənətlə məşğul olur, bacarıqlarını daim təkmilləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.