CƏMİYYƏT


Duz və şəkərdən qədərindən çox istifadə edilməsi bir sıra xəstəliklərə səbəb olur

Bakı, 29 oktyabr, AZƏRTAC

Gündəlik həyatda qədərində istifadə edilən duz və şəkər orqanizm üçün vacibdir. Lakin həmin məhsullardan çox istifadə olunması isə kifayət qədər ciddi xəstəliklərin başlanğıcı ola bilər.

Həkim-fitoterapevt Elnur Eldaroğlunun AZƏRTAC-a verdiyi məlumata görə, qidalanma zamanı qəbul edilən ərzaqların əksəriyyətinin tərkibində duz var. Bununla yanaşı hazırlanan xörək və salatlara duz əlavə etmək sağlamlıq üçün problemlər yaradır: “Duzun çox qəbul edilməsi bir sıra xəstəliklərin yaranmasına rəvac verir. Bu zaman qan təzyiqi yüksəlir, mədə qıcıqlanır. Duzlu qidaların həddindən çox qəbul edilməsi isə artrit, revmatizm, dermatit, ekzema kimi xəstəliklərin yaranmasına aparıb çıxarır”.

Onun dediyinə görə, uzun müddət şəkərdən istifadə etmək nevroloji problemlərə səbəb olur, onun qavrama qabiliyyəti və yaddaşı zəiflətdiyi mütəxəssislər tərəfindən təsdiq olunub: “Son illər piylənmənin iki dəfə artmasının bir səbəbi də “ağ ölüm” adlandırılan şəkər və duzun normadan artıq qəbul edilməsidir. Şəkər tərkibli qidalar qanda şəkəri artıraraq şəkərli diabet və ürək-damar xəstəliklərinə səbəb olur. Əksər insanların sevimli qidası olan şirniyyatlar, kofe və şokolad mütəmadi şəkildə istifadə edildikdə tam həzm olmur, qaraciyərin piylənməsinə və dişlərin çürüməsinə aparıb çıxarır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.