Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Duzdağ Fizioterapiya Mərkəzinin inzibati binası istifadəyə verilib

Naxçıvan, 20 noyabr, AZƏRTAC

Yaşı minilliklərə söykənən Duzdağ qədim tarixi və təbii gözəlliyi ilə seçilən Naxçıvanın rəmzidir. Eyni zamanda, Naxçıvanın şəhər kimi formalaşması Duzdağ mədəniyyəti ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər qarışında tarixin sirli izləri qalıb”.

Bu gün Naxçıvan Duzdağı iqtisadi və tarixi-mədəni əhəmiyyətini qorumaqla yanaşı, həm də müalicəvi xüsusiyyətləri ilə də məşhurdur. Duzdağ Fizioterapiya Mərkəzi təbii müalicə mərkəzi kimi dünyada şöhrətə malikdir. Naxçıvan Muxtar Respublikasında aparılan böyük abadlıq və quruculuq işləri bu nadir səhiyyə ocağını da əhatə edib, müalicə turizminin inkişafı üçün hərtərəfli şərait yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 20-də Duzdağ Fizioterapiya Mərkəzinin inzibati binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Mərkəzin baş həkimi Heyran Qazıbəyova minnətdarlıq edərək deyib: “Muxtar respublikada əhalinin sağlamlığına göstərilən diqqət və qayğının nəticəsidir ki, son illər Naxçıvan Muxtar Respublikasında bütün səhiyyə müəssisələri müasir standartlara uyğun qurulub, yeni tibbi avadanlıqlarla təchiz edilib. Həyata keçirilən yenidənqurma işlərindən Duzdağ Fizioterapiya Mərkəzinə də pay düşüb. Yaradılan şəraitin nəticəsidir ki, son illər müəssisəyə müraciət edənlərin sayı artıb. Yeni inzibati binanın istifadəyə verilməsi məsuliyyətimizi daha da artırır. Söz veririk ki, bundan sonra da işimizi göstərilən yüksək qayğıya uyğun quracaq, xəstələrin bu şəfa ocağında sağalmaları üçün üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirəcəyik”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: 1979-cu ildən fəaliyyət göstərən Duzdağ Fizioterapiya Mərkəzi bu gün 500-ə yaxın yataq yeri və 50 tibbi heyət ilə dünyanın bir çox ölkələrindən gələn xəstələrə xidmət göstərir. Müstəqillik dövründə Duzdağ Fizioterapiya Mərkəzi Naxçıvan Muxtar Respublikasının rəmzinə çevrilmişdir. Çünki müxtəlif ölkələrdən gələn xəstələr mərkəzdə şəfa tapır, digər insanlara da buranı tövsiyə edirlər. Bu da mərkəzin daha da inkişafına, muxtar respublikanın tanınmasına, turizm potensialının genişlənməsinə imkan verir. Bu illər ərzində səhiyyə müəssisəsində yaxşı kollektiv də formalaşmışdır. Mərkəzdə bu sahə üzrə ixtisaslaşmış həkimlər fəaliyyət göstərir və onların yaxşı işlərinin nəticəsidir ki, müraciət edənlərin sayı ilbəil artır.

“Duzdağ Fizioterapiya Mərkəzi 40 illik yol keçmişdir”,- deyən Ali Məclisin Sədri bildirib ki, 2019-cu ildə müəssisənin yaradılmasının 40 illiyi qeyd olundu, kollektivin fəaliyyəti qiymətləndirildi. Bu gün istifadəyə verilən inzibati bina da 40 illik fəaliyyətə verilən töhfədir. Kollektivin üzərinə düşən vəzifə isə xəstələrə yüksək xidmət göstərməkdir. Təkcə ötən il mərkəzə 3 min 900-ə yaxın xəstə müraciət etmişdir. Onlardan 520-yə yaxını muxtar respublika sakinləri, digərləri isə Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən gələnlər olmuşdur. Bu il dünyada baş verən epidemiya mərkəzin də işini müəyyən qədər zəiflətmişdir. Ona görə də post-epidemiya dövrünə hazırlaşmaq lazımdır. Əvvəllər xəstəxana ilə xəstə qəbulu bir yerdə olduğuna görə müəyyən çətinliklər yaranırdı. Artıq xəstə qəbulu və xəstəxana ayrı-ayrı binalarda yerləşir. Mərkəzdə nəyə ehtiyac varsa, onlar müəyyən olunmalı və bütün çatışmazlıqlar aradan qaldırılmalıdır. Mərkəz publik hüquqi şəxs olduğuna görə burada bütün işlər dəqiqliklə hesablanmalı, vəsaitdən qənaətlə istifadə olunmalı və fəaliyyət üçün lazım olan bütün səylər göstərilməlidir.

Ali Məclisin Sədri deyib: Əvvəllər burada həm duz çıxarılırdı, həm də xəstəxana yerləşirdi. Lakin yaxın vaxtlarda yeni duz şaxtasının istifadəyə verilməsi bu problemi də aradan qaldıracaqdır. Bununla duz şaxtası ayrı bir əraziyə köçürüləcək, bura tamamilə xəstəxanaya aid olacaqdır. Ona görə də ərazi təmiz saxlanılmalı, qaydalara ciddi əməl olunmalıdır. Çünki xəstəni, ilk növbədə, ərazinin təmizliyi və göstərilən xidmət, sonra isə aldığı müalicənin nəticəsi maraqlandırır. İlin bütün fəsillərində şaxtada temperaturun eyni dərəcədə olması müalicənin səmərəli təşkilinə imkan verir. Bütün bunlar kompleks şəkildə həyata keçirilməlidir. Bir neçə ölkədə duz şaxtaları, eləcə də süni şəkildə yaradılan şaxtaların olmasına baxmayaraq onlar Naxçıvan Duzdağı kimi təsir gücünə malik deyil. Ona görə də bu sərvəti qorumalı, tanıtmalı və yaşatmalıyıq. Naxçıvan Muxtar Respublikası Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri maarifləndirmə işləri apararaq yerli xəstələri mərkəzə cəlb etməli, internet resurslarından istifadə etməklə mərkəz tanıdılmalı, sorğular düzgün və vaxtında cavablandırılmalı, mərkəzlə bağlı məlumatlar daim yenilənməlidir.

Ali Məclisin Sədri kollektivə təşəkkür edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının Əməkdar tibb işçisi, mərkəzin tibb bacısı Darçın Eyvazova minnətdarlıq edərək deyib: “Yaşlı nəsil yaxşı xatırlayır ki, Duzdağ Fizioterapiya Mərkəzi vaxtilə hansı şəraitdə fəaliyyətə başlayıb. Havada bir az külək olan kimi burada elektrik enerjisi kəsilir, saatlarla şam işığında çalışmalı olurduq. Qaranlıq tunellər yüksək səviyyədə müasirləşdirilib, işıqlandırılıb istifadəmizə verilib. Mərkəzə ölkəmizin, eləcə də dünyanın bir çox ölkələrindən xəstələr gəlir. Onlar dəniz səviyyəsindən yüzlərlə metr yüksəklikdə yerləşən bu dağın altında yaradılan şərait qarşısında heyrətlərini gizlədə bilmirlər. Bura müraciət edənlər həm sağlamlıqlarına qovuşur, həm də bu tarixi yerdən zövq alırlar. Bu gün istifadəyə verilən inzibati bina isə iş şəraitinin daha da yaxşılaşmasına xidmət edir”.

Sonra binaya baxış olub.

Bildirilib ki, mərkəzin inzibati binasının tikintisinə 2019-cu ilin iyun ayında başlanılıb. Binanın birinci mərtəbəsində qeydiyyat, müayinə, təsərrüfat otaqları, bufet, ikinci mərtəbəsində isə baş həkim, tibb bacısı, 2 ordinator otağı, mühasibatlıq, təsərrüfat müdiri və texniki işçilər üçün otaqlar vardır. Yeraltı şöbənin girişində fizioterapiya kabinəsi və laboratoriya yerləşir. Fizioterapiya kabinəsi ultrasəs-elektroterapiya və yüksəktezlikli cərəyanla müalicə cihazları, solyuks və parafinəritmə qazanı ilə təchiz edilib. Mərkəzə müraciət edən xəstələrin qeydiyyatının daha çevik və dəqiq aparılması üçün binaya internet xətti çəkilib.

Dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşən Duzdağ Fizioterapiya Mərkəzinin yeraltı şöbəsi girişdən 300 metr məsafədə, 110 metr dərinlikdədir. Burada bütün fəsillərdə havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət 24-50 faiz arasında dəyişir. Mərkəzdə bronxial astma, xroniki bronxit, bronxit, astma öncəsi vəziyyət, pollinoz, astmatik komponentli xroniki bronxit və allergik rinit xəstəlikləri müalicə olunur.

Mərkəzə gedən avtomobil yolunun 1600 metrinə asfalt örtük verilib, 1980 metr uzunluğunda beton kanal çəkilib, ərazi işıqlandırma və suvarma sistemləri ilə təchiz edilib, yaşıllıqlar salınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdəddir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib