CƏMİYYƏT


Düzgün aparılan müalicə nəticəsində xəstə ağciyər emboliyasından xilas edilib

Bakı, 15 aprel, AZƏRTAC

Üç həftə əvvəl üzərində öd kisəsi əməliyyatı aparılmış 34 yaşlı qadın xəstə sol aşağı ətrafda kəskin ağrıların olması və bütün aşağı ətrafda şişkinlik yaranması ilə əlaqədar Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aşağı ətraf venalarının doppler müayinəsi zamanı xəstənin keçirdiyi əməliyyatın fəsadı kimi sol aşağı ətraf venalarının və qalça venasının kəskin trombozu (tıxanması) aşkarlanıb.

İnvaziv radioloq Ağakişi Yəhyayev ən düzgün müalicə üsulu seçib. O, venadan daxil olub trombun içi ilə aşağı boş venaya qədər uzun kateter və həmin kateterin içərisindən xüsusi ultrasəs dalğalarını buraxan xüsusi cihaz yerləşdirib. Həmin cihaz trombu xüsusi ultrasəs dalğaları vasitəsilə xırda-xırda döyəcləyərək hissələrə ayırır və dərmanların onu daha da tez əritməsinə imkan yaradır. Bütün bunlarla yanaşı, aşağı ətraflarda olan venalardan qopan trombun ağciyərə gedib emboliya törətmək riskinin qarşısını almaq üçün həmin prosedurlardan əvvəl aşağı boş venaya filtr yerləşdirilir.

Seçilən düzgün yanaşma və üç gün ərzində aparılan intensiv müalicə tədbirləri nəticəsində tromb tam ötüşüb, xəstənin şikayətləri aradan qalxıb və sağlam şəkildə evə yazılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.