İDMAN


Dvorkoviç Səudiyyə Ərəbistanının kralına təşəkkürünü bildirib

Bakı, 14 yanvar, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səudun 2018-ci ildə Sankt-Peterburqda rapid və blits üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi köməyə və sponsor dəstəyinə görə ona təşəkkür məktubu göndərib.

TASS informasiya agentliyi həmin təşəkkür məktubunun mətnini əldə edib.

AZƏRTAC TASS-a istinadla bildirir ki, 2018-ci ildə rapid və blits üzrə dünya çempionatı dekabrın sonunda Sankt-Peterburqda keçirilib. Həmtəşkilatçısı Səudiyyə Ərəbistanı olan bu turnir kral Salmanın adını daşıyırdı.

Məktubda deyilir: “Sizə sevinclə bildirirəm ki, Sankt-Peterburqda dünya çempionatı böyük uğurla keçdi, oyunçular, rəsmi şəxslər, jurnalistlər və qonaqlar tərəfindən yüksək qiymətləndirildi. İştirakçılar və qonaqlar turnirin təşkilatçılarına dərin təşəkkürlərini bildirdilər. Mən bu sözləri Sizə ünvanlamaq istərdim, çünki Sizin sponsor kimi iştirakınız olmasaydı, biz bu əlamətdar hadisəni təşkil edə bilməzdik. Bundan əlavə, “Sela Sport Company” şirkətindən olan həmkarlarımıza minnətdarıq, bu şirkətin təcrübəsi turniri yüksək səviyyədə keçirməyə kömək etdi”.

A.Dvorkoviç daha sonra yazır: “Göstərdiyiniz dəstəyə görə Sizə təşəkkür edirəm. Ümidvaram ki, FIDE ilə Səudiyyə Ərəbistanı, həmçinin şahmatın inkişafına çox fayda verən “Sela Sport Company” şirkəti arasında əməkdaşlıq 2019-cu ildə də davam edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.