İDMAN


Dvorkoviç rapid və blits üzrə builki dünya çempionatının keçirilməsi məsələsini Səudiyyə Ərəbistanı ilə müzakirə edəcək

Bakı, 8 yanvar, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç rapid və blits üzrə 2019-cu il dünya çempionatının keçiriləcəyi yerlə bağlı Səudiyyə Ərəbistanı nümayəndələri ilə danışıqlar aparacaq. AZƏRTAC xəbər verir ki, o, bu barədə TASS agentliyinə bildirib.

Rapid və blits üzrə 2018-ci il dünya çempionatı dekabrın sonlarında Sankt-Peterburqda keçirilsə də, Səudiyyə Ərəbistanı həmtəşkilatçı olduğundan, turnir Kral Salmanın adını daşıyıb.

“Növbəti dünya çempionatının keçirilməsi barədə müqavilə hələ də Səudiyyə Ərəbistanındadır. Hazırda dünya çempionatının məhz harada keçiriləcəyi bizə məlum deyil. Mən hələ bu barədə danışıqlar aparmalıyam. Biz Səudiyyə Ərəbistanı ilə bu məsələni müzakirə edəcəyik”, - deyə Dvorkoviç bildirib.

Daha əvvəl Rusiya Şahmat Federasiyasının prezidenti Andrey Filatov etiraf etmişdi ki, nəzəri cəhətdən Rusiya 2019-cu il turnirinə də ev sahibliyi edə bilər. Yəni turniri Kral Salmanın himayədarlığı ilə də keçirə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.