SİYASƏT


EANA-nın “Koronavirus: dəyişikliklər və fürsətlər” mövzusunda payız konfransı keçirilir VİDEO

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Avropa Xəbər Agentlikləri Alyansının (EANA) “Koronavirus: dəyişikliklər və fürsətlər” mövzusuna həsr olunmuş payız konfransı başlayıb. Konfrans onlayn formatda keçirilir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə konfransın Ukraynanın paytaxtı Kiyevdə keçirilməsi nəzərdə tutulsa da, EANA-nın idarə heyəti tədbiri pandemiya səbəbindən onlayn formatda təşkil etməyi qərara alıb.

Konfransda EANA-nın prezidenti, Almaniyanın DPA agentliyinin baş icraçı direktoru Piter Kropş, EANA-nın baş katibi Aleksandr Giboi, Böyük Britaniyanın Press Association Agentliyinin baş icraçı direktoru Klayv Marşal, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Albaniyanın ATA agentliyinin baş direktoru Armela Krasniqi, həmçinin Türkiyənin Anadolu, Fransanın France Press agentliklərinin nümayəndələri və digərləri iştirak ediblər.

Ukrinform-un baş direktoru Aleksandr Xarçenko tədbiri Kiyev şəhərindən maraqlı videotəqdimatla açıb. O, daha sonra koronavirusun yaratdığı çağırışların medianı müsbət dəyişikliklərə sövq etdiyini bildirib və fikrini konkret nümunələrlə əsaslandırıb.

EANA-nın prezidenti Piter Kropş pandemiya dövründə doğru və keyfiyyətli xəbərə xüsusi ehtiyac yarandığını bildirərək, cəmiyyətlərdə informasiya agentliklərinə tələbatın artdığını vurğulayıb.

Sonra konfrans iştirakçıları pandemiya şəraitində fəaliyyətin təşkili və xəbər istehsalı sahəsində təcrübələrini bölüşüblər.

Konfrans işini növbəti həftələrdə davam etdirəcək.

Qeyd edək ki, Avropa Xəbər Agentlikləri Alyansı 1956-cı ildə Strasburqda təsis olunub. Dünya informasiya siyasətinə mühüm təsir imkanlarına malik bu media təşkilatı öz sıralarında Avropanın 32 aparıcı xəbər agentliyini birləşdirir. 2008-ci ildən EANA-nın üzvü olan AZƏRTAC təşkilatın fəaliyyətində yaxından iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.