SİYASƏT


EANA-nın konfransının iştirakçılarına videoxəbərlər yaradılması sahəsində nailiyyətlər barədə məlumat verilib

Belqrad, 21 sentyabr, AZƏRTAC 

AZƏRTAC-ın artıq xəbər verdiyi kimi, hazırda Serbiya paytaxtında Avropa Xəbər Agentlikləri Alyansının (EANA) konfransı keçirilir. Konfrans iştirakçıları videoxəbərlər yaradılması və onların təkmilləşdirilməsi sahəsində öz agentliklərinin qazandıqları nailiyyətlər barədə qısa hesabatlarla çıxış ediblər.

Tədbirdə iştirak edən AZƏRTAC-ın xüsusi müxbiri Vüqar Seyidov konfrans iştirakçılarına onların azərbaycanlı həmkarlarının bu sahədə uğurları barədə söhbət açıb, statistik məlumatlar təqdim edib. Jurnalist xatırladıb ki, multimedia məsələləri keçən il Bakıda keçirilmiş Dünya Xəbər Agentliklərinin 5-ci Konqresində əsas müzakirə mövzularından biri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.