REGİONLAR


ECOSAI Ali Audit Qurumları Təşkilatının nümayəndələri Ağdamda olub

Bakı, 8 dekabr, AZƏRTAC

Hesablama Palatasının ev sahibliyi ilə Bakıda toplantısı keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumları Təşkilatının (ECOSAI) nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.

Palatadan AZƏRTAC-a bildirilib ki, qonaqlar Ağdam rayonunda Pənahəli xanın imarətini, Ağdam Cümə məscidini və Ağdam Dövlət Dram Teatrını, şəhərin baş planının nümayiş olunduğu pavilyonu və Şahbulaq Qalasını ziyarət edib, şəhərin tarixi, mədəniyyət abidələri ilə tanış olublar.

Səfər zamanı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən antiterror əməliyyatları zamanı şəhid olan qəhrəman əsgər və zabitlərimizin xatirəsi ehtiramla yad edilib, ruhlarına dua oxunub.

Səfərdə iştirak edən nümayəndə heyətinə Qarabağ torpağının ölkəmiz və xalqımız üçün əhəmiyyəti, regionun zəngin tarixi və mədəni irsinin qorunmasının vacibliyi, işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi üçün görülən işlər barədə məlumat verilib.

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumlarının nümayəndələri azad olunmuş Ağdam şəhəri ilə bağlı təəssüratlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.