SİYASƏT


EDUARD ŞEVARDNADZE AVROPA BİRLİYİ “ÜÇLÜYÜNÜN” GÜRCÜSTANA SƏFƏRİNİ ALQIŞLAYIR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, prezident Eduard Şevardnadze Avropa Birliyi “üçlüyünün” Gürcüstana martın 11-12-də nəzərdə tutulmuş səfərini alqışlamışdır. 

Eduard Şevardnadze milli radio ilə verdiyi müsahibəsində bildirmişdir ki, Avropa Birliyi “üçlüyünün” səfəri Gürcüstanla bu beynəlxalq təşkilat arasında münasibətlərin dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir.

Eduard Şevardnadze qeyd etmişdir ki, bir neçə il bundan əvvəl irəli sürdüyü ehtimal özünü tamamilə doğrultmuşdur – Avropa Birliyinin Cənubi Qafqaz ölkələrinə marağı günbəgün artır, bu təşkilatla əməkdaşlığın əhatə dairəsi genişlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.