DÜNYA
EFİRDƏ ƏDƏBSİZ SÖZƏ GÖRƏ 3 MİLYON DOLLAR CƏRİMƏ KƏSİLMƏSİNİ TƏLƏB EDİRLƏR
AZƏRTAC-ın Vaşinqtondan aldığı xəbərdə deyilir ki, ABŞ Konqresi Nümayəndələr palatasının üzvlərindən 25 nəfərin təqdim etdiyi qanun layihəsində radio və televiziyada ədəbsiz söz və ifadə işlədilməsinə görə cərimənin məbləğini 3 milyon dollara çatdırmaq tələb olunur.
Qanun layihəsindəki tələbə uyğun olaraq, ABŞ hökuməti efirdə “nalayiq, ədəbsiz söz və ya söyüşə” yol verən teleşirkəti, yaxud radiostansiyanı iri məbləğdə cərimələmək hüququ alır. Biədəb leksikadan hər istifadəyə görə 275 min dollaradək cərimə müəyyən edilmişdir. Həmçinin nəzərdə tutulur ki, senzura qaydalarının teleşirkət və ya radiostansiya tərəfindən dəfələrlə pozulmasına görə cərimənin məbləği 3 milyon dollaradək ola bilər.