EHTİYATDA OLAN ZABİTLƏRƏ PULSUZ TORPAQ SAHƏSİ VERİLƏCƏKDİR
AzerTAg.az
Milli Məclisdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanuna yeni əlavələr ediləcəkdir.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə parlamentə təqdim olunmuş qanun layihəsində “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12 maddəsinə yeni əlavələr təklif olunur.
Əlavədə deyilir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş, xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evi tikmək üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ verilir.
Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla bağlı əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya torpaq sahəsi növbədənkənar veriləcəkdir.
Qanun layihəsi parlamentin müzakirəsinə təqdim olunmuşdur.
Xəbərin mətnində orfoqrafik səhv var