İQTİSADİYYAT
EHTİYAT TOXUM FONDU YARADILACAQ
Alman Texniki Əməkdaşlıq Cəmiyyəti Qazax rayonunda kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq məqsədilə bələdiyyə şurasına 30 ton “Elita” markalı, yüksək kondisialı buğda toxumu vermişdir.
Rayon bələdiyyə şurasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, buğda toxumu artıq fermerlərə paylanıb. Hava şəraiti imkan verərsə və aqrar texniki qaydalara əməl olunarsa, fermerlər hər hektardan 60-70 sentner məhsul götürə bilərlər. Yığım vaxtı fermerlər aldıqları toxumu cüzi bir faizlə bələdiyyə şurasına qaytaracaqlar ki, bu da bələdiyyə şurasında ehtiyat toxum fondu yaradılmasına imkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]
Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib
- 28.03.2024 [17:39]