İQTİSADİYYAT
EKOLOJİ VƏZİYYƏTİN YAXŞILAŞDIRILMASI ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı”na əsasən, Dövlət Neft Şirkətində ekoloji tarazlığın bərpası məqsədi ilə genişmiqyaslı tədbirlər həyata keçirilir.
Şirkətin prezidenti Rövnəq Abdullayev əlaqədar strukturların rəhbərləri ilə birlikdə Bibiheybət ərazisinə baxış keçirmiş, burada çirklənmiş torpaqların təmizlənməsi üçün ayrılmış sahədə görüləcək işlərlə tanış olmuşdur.
Sonra Sərəncamdan irəli gələn işlərin həyata keçirilməsi ilə bağlı Bibiheybət İxtisaslaşdırılmış Texnika İdarəsinin inzibati binasında müşavirə keçirilmişdir. Müşavirədə bildirilmişdir ki, ölkəmizin başçısının tapşırığı ilə yaradılmış xüsusi işçi qrupu tərəfindən ARDNŞ-ə aid olan ərazilərdə ekoloji tarazlığın təmin olunması üçün 2006-2010-cu illər üzrə tədbirlər proqramı tərtib edilmişdir. Proqrama əsasən, ümumilikdə 533 milyon manatlıq iş görüləcəkdir. Bu vəsaitin 91 milyon manatının 2007-ci ildə sərf olunması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]