İDMAN


EKOL–“Liman” oyunu ən çox qolun vurulduğu üçüncü matç kimi tarixə düşüb

Bakı, 23 fevral, AZƏRTAC

Futzal üzrə Yüksək Liqanın XIX turunun sonuncu matçı EKOL-un qələbəsi ilə yanaşı, 42 və daha çox qolun vurulduğu oyun kimi də yadda qalıb.

AZƏRTAC xəbər verir ki, cari mövsümdə ən çox qolun vurulduğu və fərqin qeydə alındığı matç çempionatlar tarixinin üçüncü ən məhsuldar qarşılaşmasıdır. Belə ki, ən çox qolun vurulduğu oyun 2010/2011-ci il mövsümündə olub. “Araz”–“Azecolab” dueli 54:4 hesabı ilə yekunlaşıb. Görüşdə ümumilikdə 58 qol vurulub. İkinci yerdə isə EKOL–“Saray” qarşılaşması yer alır. 2009/2010-cu il mövsümündə keçirilmiş matç 57:0 hesabı ilə birincilərin xeyrinə başa çatıb. Bu oyun məhsuldarlığa görə ikinci, fərqə görə isə birinci yerdə qərarlaşıb.

EKOL–“Liman” oyununda isə 42 qol vurulub. EKOL-un 38 qoluna “Liman” 4 dəfə qarşılıq verib. Yeri gəlmişkən, hazırkı çempionatın arxada qalan oyunlarının heç birində 34 top fərqi qeydə alınmayıb. Onu da qeyd edək ki, 34 top fərqli qələbə çempionatlar tarixində 10-cu sıradadır. Ən fərqli hesab isə elə EKOL-a məxsusdur - 57 top.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.