İDMAN
EKOL futzal komandası Yüksək Liqanın yeni mövsümünə qələbə ilə başlayıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 11-də futzal üzrə Yüksək Liqanın yeni mövsümünə start verilib.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında keçirilən çempionat “Premier” (Quba) – EKOL oyunu ilə başlayıb.
Baş hakim Anar Fərəcovun idarə etdiyi oyunda EKOL komandası 7:3 hesabı ilə qalib gəlib. EKOL-un heyətində Əsgər Abasov dubl edib, Radik Əhmədov, Talebmohammad Arabpur, Namiq Məmmədkərimov, Mehdi Pənahande və Fərid Atakişiyev hərəyə bir dəfə fərqləniblər.
Quba təmsilçisinin heyətində ilk qolun müəllifi Vüqar Asalıyev olub. Firudin Ağalarov isə iki dəfə rəqib qapısına yol tapıb.
Sonra meydana “Araz” və “Baku Fire” komandaları çıxacaqlar. Görüş Mehman Mahmudova tapşırılıb.
Turun üçüncü qarşılaşması “Bakı” və “Yasamal” komandaları arasında keçiriləcək. Matçda baş hakim funksiyasını Əli Cəbrayılov yerinə yetirəcək.
Ardıcıl keçiriləcək “Marafon”–“Neftçi” oyununu Hikmət Qafarlı, “Xızı”–“Record club” qarşılaşmasını isə Azər Əsgərov idarə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]