İQTİSADİYYAT


EKSPERTLƏRİN “ŞAHDƏNİZ”LƏ BAĞLI QİYMƏTLƏNDİRMƏLƏRİ ÖZÜNÜ DOĞRULDUR

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağında ilk qaz hasilatı 2006-cı ilin ortalarına nəzərdə tutulmuşdur. Yataqda hazırlıq işləri cədvəl üzrə davam edir. Layihənin birinci fazasında ildə 178 milyard kubmetr qaz, 34 milyon ton kondensatın, sonrakı mərhələlərdə isə ildə 8-16 milyard kubmetr qaz və 2 milyon ton kondensatın çıxarılacağı proqnozlaşdırılır.

Xatırladaq ki, ”Şahdəniz” layihəsində Böyük Britaniyanın bp və Norveçin Statoyl şirkətlərinin hərəsinin 25,5 faiz, ARDNŞ, Rusiya-İtaliya birgə şirkəti LUKAgip, İranın OİES və Fransanın Total şirkətlərinin hər birinin 10 faiz, Türkiyənin TPAO şirkətinin isə 9 faiz payı vardır.

Hazırda “Şahdəniz”də kəşfiyyat-qazma işləri uğurla davam etdirilir və ilk nəticələr ekspertlərin hesablamalarının düzgünlüyünü təsdiq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.