REGİONLAR


EKTİS-də qeydiyyat və məlumatların bəyan edilməsi ilə bağlı regional “ASAN xidmət” mərkəzlərində xidmət pəncərələri fəaliyyətə başlayıb

Bakı, 21 noyabr, AZƏRTAC

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyat və məlumatların bəyan edilməsi, yeni subsidiya qaydalarının tətbiqi ilə bağlı regional “ASAN xidmət” mərkəzlərində yaradılmış xidmət pəncərələri fəaliyyətə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları əkinlərin bəyan edilməsi üçün Dövlət Aqrar İnkişaf mərkəzləri, bölgələrə ezam olunmuş səyyar qruplarla yanaşı, Quba, Qəbələ, Şəki, Gəncə, Sabirabad, İmişli, Masallı və Bərdə “ASAN xidmət” mərkəzlərinə müraciət edə və xidmətlərindən yararlana bilərlər.

Eyni zamanda, gələcəkdə regionlarda açılacaq “ASAN xidmət” mərkəzlərində EKTİS-də qeydiyyat və məlumatların bəyan edilməsi, yeni subsidiya qaydalarının tətbiqi ilə bağlı xidmət pəncərələrinin yaradılması nəzərdə tutulur.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində payızlıq əkinlərin bəyan edilməsi prosesi davam edir. Əkinlərin bəyan edilməsi prosesi başlayandan indiyədək 37324 fermer EKTİS-də şəxsi kabinetinə daxil olaraq əkdikləri məhsul barədə məlumatları sistemə yerləşdiriblər. Bugünədək fermerlər tərəfindən 71148 əkin sahəsində əkilmiş məhsul barədə məlumat sistemdə bəyan edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanına və bu Fərmanla təsdiqlənmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən, 2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən veriləcək. EKTİS-də qeydiyyatdan keçmək və əkin məlumatlarını daxil etmək üçün fermerlərə mütəmadi təlimlər keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.