İQTİSADİYYAT


ELEKTRİK ENERJİSİ İLƏ TƏCHİZAT ETİBARLI OLACAQDIR

“Bayva Cənub Enerji” MMC-in Ağsu ərazi elektrik şəbəkəsi Şamaxı bölgəsində 3 milyard manat dəyəri olan avadanlıq quraşdırır. Bu, əslində bölgənin elektrik enerjisi təchizatını tamamilə yeniləşdirməyə imkan verəcəkdir.

Hazırda 110/35/10 kilovoltluq Şamaxı yardımçı stansiyasında quraşdırma işləri sürətlə davam etdirilir. Burada əlavə olaraq 10 kilovoltluq güc transformatoru qurulur. Bundan sonra yardımçı stansiyanın xidmət etdiyi Şamaxı və Qobustan rayonları elektrik enerjisi ilə fasiləsiz təmin olunacaqdır. Xatırladaq ki, qısa müddətdə bölgədə ümumi gücü 100 kilovolt olan 40 transformator istismara verilmişdir.

Ərazidə hava xətləri də təzələnir. 500 kilometrə yaxın 100 kilovoltluq, 200 kilometrədək 10 kilovoltluq hava xəttində təmir işləri cədvələ uyğun aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.