İQTİSADİYYAT
ELEKTRİK ENERJİSİ İLƏ TƏHCİZAT YAXŞILAŞACAQDIR
İranın və Azərbaycanın sərhədyanı Culfa şəhərləri arasında 4 kilometr uzunluğunda yüksək gərginlikli elektirk ötürücü xəttinin çəkilişində son işlər görülür. Onu oktyabr ayının axırınadək istifadəyə vermək nəzərdə tutulur.
Bu xətt işə düşdükdən sonra blokada vəziyyətində olan bölgə qonşu İran İslam Respublikasından 30 meqovatt elektrik enerjisi alacaqdır. Beləliklə, ölkəmizin bu regionunun elektrik enerjisi ilə təhcizatı xeyli yaxşılaşacadqır.
Qışı sərt keçən Muxtar Respublikanın enerji təsərrüfatının etibarlı işləməsini təmin etmək məqsədilə başqa tədbirlər də görülmüşdür. Naxçıvan Muxtar Respublikası energetika idraəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, xarici ölkələrdən yarımstansiyalar üçün yeni transformatorlar və digər avadanlıq alınmış, bəzi yerlərdə elektrik ötürücü xəttləri dəyişdirilmiş, onların etibarlığı artırılmışdır.