İQTİSADİYYAT
ELEKTRİK SAYĞACLARI QURAŞDIRILIR
Elektrik enerjisində israfçılığın qarşısının alınması, bu sahədə mənfi hallara yol verilməməsi üçün keçən ildən etibarən Göyçayda elektrik sayğaclarının quraşdırlmasına başlanmışdır. Rayon paylayıcı elektrik şəbəkəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, indi Göyçay şəhərində 8 min abonent bu cür sayğacdan istifadə edir. Cari ildə daha 8 min abonent üçün sayğaclar quraşdırılacaqdır.
Sayğacların tətbiqi işlədilmiş elektrik enerjisinin dəyərinin toplanmasına müsbət təsir göstərir. Belə ki, ötən il yığılan vəsait 5,9 milyard manata (köhnə pulla) çatmışdır ki, bu da əvvəlki ildəkindən 4,1 milyard manat və ya 3,2 dəfə çoxdur.