İQTİSADİYYAT
ELEKTROENERGETİKA SAHƏSİNDƏ DAHA BİR MÜQAVİLƏ İMZALANDI
“Enprima”nın vitse-prezidenti İlka Xuttunen Finlandiya tərəfinin layihədə iştiraka böyük əhəmiyyət verdiyini vurğulamışdır. Onun sözlərinə görə, bu şirkətin Azərbaycanda imzaladığı ilk müqavilədir. Buna baxmayaraq, “Enprima”nın ölkəmizin elektroenergetika sahəsində aparılan islahatlarla bağlı bir sıra iri layihələrin həyata keçirilməsində iştirakı da nəzərdə tutulmuşdur.
Müqaviləyə əsasən finlandiyalı mütəxəssislər bir ay ərzində layihənin texniki-iqtisadi əsasnaməsini (TİƏ) tərtib etməli, tikintinin baş icraçısını müəyyənləşdirmək məqsədi ilə keçiriləcək müsabiqənin sənədləşdirilməsini yerinə yetirməlidir. “Enprima” şirkətinin məsləhət xidmətləri Azərbaycan tərəfinə 340 min avroya başa gələcəkdir.
Bundan başqa, yaxın günlərdə Sumqayıtda BQQ-nin tikintisi layihəsi üzrə maliyyə məsləhətçisinin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə keçiriləcəkdir. Müsabiqədə Almaniya, İsveçrə və Yaponiyanın maliyyə institutlarının iştirakı nəzərdə tutulur.