ELM VƏ TƏHSİL
“ELEKTRON TEST” TƏDRİS METODİKİ VƏSAİTLƏRİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Vəsaitin köməyi ilə məktəblilərin orta məktəb proqramını hansı səviyyədə mənimsədiklərini, abituriyentlərin isə qəbul imtahanlarına necə hazırlaşdıqlarını kompüter vasitəsilə yoxlamaq mümkündür.
Hələlik istifadəyə 9-cu, 10-cu və 11-ci siniflər üçün “Elektron test” vəsaiti verilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə çıxış edərək elm və təhsilimizin inkişafında xalqımızın dahi oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmış, ümummilli liderimizin ideyalarının ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir. Rəhbərlik etdiyi qurumun gördüyü işlərin uğurlu nəticələrindən söhbət açan natiq həm də test sisteminin və “Elektron test” proqramının əhəmiyyətini diqqətə çatdırmışdır.
Mərasimdə “Elektron test” proqramı və onun iş prinsipləri haqqında məlumat verilmişdir.
TQDK-nın tarix, coğrafiya, kimya fənləri üzrə ekspert şuralarının rəhbərləri çıxış etmişlər.
Tədbirdə “Ümummilli liderimiz Heydər Əliyev və gənclik” mövzusunda videoxronika göstərilmişdir.