SİYASƏT
ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
Aprelin 9-da Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor sənəti fakültəsində elmi konfrans keçirilmişdir.
Universitetdən AZƏRTAC-ın müxbirinə demişlər ki, konfransda universitetin prorektoru, dosent Rafiq Sadıqov, rejissor sənəti fakültəsinin dekanı, professor Bayram Hacıyev, sosial siyasi elmlər kafedrasının müdiri, dosent İsaq Cəfərov, dosent Oktay Babazadə və başqaları çıxış edərək, Azərbaycanın ən çətin və mürəkkəb dövründə ona rəhbərlik edən, dövlət müstəqilliyini əbədi və dönməz prosesə çevirən, onun düzgün inkişaf istiqamətini müəyyənləşdirən və möhkəm təməlini qoyan Heydər Əliyevin işıqlı şəxsiyyətindən və parlaq dühasından danışmışlar.
Sonra konfransda “Heydər Əliyev və gənclik” və “İlham Əliyev Azərbaycan gənclərinin lideridir” mövzusunda məruzələr dinlənilmişdir.
Axırda konfrans iştirakçıları Azərbaycan Prezidenti Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli filmə tamaşa etmişlər.