ELM VƏ TƏHSİL
ELMİ TƏDQİQAT İNSTİTUTUNA ŞƏHADƏTNAMƏLƏR VERİLMİŞDİR
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, buraya “Azərbaycan alimləri” (elmlər namizədləri), “Azərbaycan alimləri” (elmlər doktorları) və “İnnovasiyalar” sistemi daxildir.
Xatırladaq ki, innovasiya proqramı sənaye, kənd təsərrüfatı və digər sahələrdə tətbiq etmək məqsədi ilə ən yeni texnologiyalar barədə informasiya toplamağa imkan verir. İnstitutun mütəxəssisləri innovasiya xəritələrinin yaradılması üçün materialları son bir neçə ildə toplamışlar. İnnovasiya xəritələri texnologiya və onun tətbiqi sahələri haqqında məlumatlardan, layihə müəlliflərinin adlarından və digər informasiyalardan ibarətdir.
İnnovasiya texnologiyaları haqqında məlumatlar instituta müxtəlif ETİ-lərdən, KİV-lərdən, habelə bilavasitə alimlərin özlərindən daxil olur. İnnovasiya xəritələri ən yeni texnologiyalar əsasında istehsal müəssisələri yaradılması üçün faydalı ola bilər.