ELM VƏ TƏHSİL
ELMİ TƏDQİQAT İŞLƏRİNİN YARIM İLLİK NƏTİCƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində 2003-cü ilin birinci yarısında aparılmış elmi tədqiqat işlərinin nəticələri müzakirə olunmuşdur.
Bölmədən müxbirimizə demişlər ki, yığıncağı Azərbaycan MEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq, Naxçıvanın coğrafi-siyasi vəziyyətini nəzərə alan ölkəmizin Prezidenti Heydər Əliyevin Sərəncamı ilə yaradılan bölmənin təşkilindən, qarşıda duran vəzifələrdən, elmi işçilərin məsuliyyətinin artırılmasından, aparılan tədqiqatların aktuallığından və əhəmiyyətindən danışmışdır.
Tədbirdə tarix, etnoqrafiya və arxeologiya, incəsənət, dil və ədəbiyyat, bioehtiyatlar və təbii ehtiyatlar bölmələrində və astrofizika rəsədxanasında aparılmış elmi tədqiqat işləri haqqında məlumat verilmiş, əldə olunan ilkin nəticələrdən, qarşıya çıxan problemlərdən və onların həlli yollarından danışılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]