ELM VƏ TƏHSİL
ELMİ - PRAKTİK KONFRANS
Bakı Dövlət Universiteti və Təhsil Nazirliyi 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş elmi-praktik konfrans keçirmişlər.
Konfransı giriş sözü ilə universitetin prorektoru, dosent Elxan Hüseynov açdı.
BDU-nun tarix fakültəsinin dekanı, professor, əməkdar elm xadimi, Milli Məclisin deputatı Yaqub Mahmudov “Azərbaycan xalqına qarşı soyqırım siyasəti”, professor Qurban Bayramov “1918-ci ilin martında Bakıda azərbaycanlılara qarşı erməni soyqırımı”, dosent Anar İsgəndərov “1915-1918-ci illərdə erməni daşnak qüvvələrinin türk-müsəlman əhalisinə qarşı soyqırım siyasəti”, dosent Sani Hacıyev “Erməni məsələsi və tarixi həqiqətlər” mövzularında məruzələrlə çıxış etdilər.
Natiqlər ermənilərin xalqımıza qarşı zaman-zaman apardıqları soyqırım siyasəti nəticəsində yüz minlərlə soydaşımızın vəhşicəsinə qətlə yetirildiyini, doğma yurd-yuvasından didərgin salındığını konkret tarixi faktlarla diqqətə çatdırdılar. Eyni zamanda, bu tarixi soyqırıma dünya ictimaiyyəti tərəfindən layiqli qiymət veriləcəyinə əmin olduqlarını bildirdilər.