“ELM VƏ TƏHSİL” MÖVZUSUNDA KEÇİRİLƏN BEYNƏLXALQ SEMİNAR ÖZ İŞİNİ BAŞA ÇATDIRMIŞDIR
AzerTAg.az
“Elm və təhsil” mövzusunda Bakıda keçirilən dördgünlük beynəlxalq seminar aprelin 8-də öz işini başa çatdırmışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Milli Elm Fondu, Amerika Birləşmiş Ştatlarının Mülki Tədqiqatlar və İnkişaf Fondu və ABŞ-ın Fizika Cəmiyyəti tərəfindən təşkil edilmiş bu tədbirdə əsasən Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələrinin, o cümlədən Azərbaycan, Qazaxıstan, Gürcüstan və Qırğızıstanın elmlər akademiyalarının, ali təhsil müəssisələrinin rəhbərləri, alim və mütəxəssislər iştirak etmişlər.
Seminarda müxtəlif mövzularda məruzələr dinlənilmiş, akademiyaların institutları ilə ali təhsil müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsi, müasir elmi nailiyyətlərin təhsil sisteminə tətbiqi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var