ELM VƏ TƏHSİL
ELM VƏ TƏHSİL SAHƏSİNDƏ UĞURLAR HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, filialın direktoru, professor Ramiz Məmmədov konfransı açaraq ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını bir daha yada salmışdır. Məruzə və çıxışlarda 1993-cü ildən sonra müstəqil Azərbaycan dövlətinin Heydər Əliyev tərəfindən möhkəmləndirilməsi nəticəsində elm və təhsildə əldə olunan nailliyyətlər diqqətə çatdırılmış, təhsil ocaqlarının maddi-texniki bazasının yüksəldilməsi istiqamətində görülən işlərdən danışılmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Müəllimlər İnstitutunun yaradılması məhz bu qayğının nəticəsidir. Konfransda Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin elm və təhsilin inkişafına diqqətlə yanaşmasından söhbət açılmış, onun elm və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə imzaladığı Sərəncam bu diqqətin təzahürü kimi qiymətləndirilmişdir.